Xatunu bu hala saldılar

  • Dünən 17:22
  • 0

Azərbaycanda estetik cərrahiyyə sahəsində yaşanan qalmaqallar gündəmdən düşmür. Demək olar ki, hər gün qeyri-peşəkar müdaxilələrin qurbanı olan qadınlar barədə xəbərlər yayılır. Prosedurların düzgün aparılmaması, uyğun preparatlardan istifadə edilməməsi, habelə kosmetoloq və cərrahların səriştəsizliyi nəticəsində bədəndə çürümə, irinləmə halları yaranır və bu, insan faciələri ilə nəticələnir.

 

Estetik sahədə adı tez-tez qalmaqallarda hallanan klinikalardan biri də "Laser Beauty Klinikası"dır. Bu klinik ada çalışan Natavan Əmirova və Rəna Soltanovanın fəaliyyəti barədə daha öncə də dəfələrlə araşdırma materialları dərc olunub. Bu dəfə isə klinikanın "Neapol" filialının sabiq baş həkimi Natavan Əmirova ilə bağlı yeni faktlar ortaya çıxıb.

 

Məlumata görə, Natavan Əmirovanın qurbanlarından biri də məşhur müğənni Xatun Əliyeva olub. Bu klinikaya üz tutan sənətçi Natavan Əmirovanın vurduğu ziyanı aradan qaldırmaq üçün uzun müddət olduqca ağır əməliyyatlardan keçməli olub və səhhətini qaydasına salmaq üçün külli miqdarda pul xərcləyib.