Yunan əsgərlər həbs edildi

  • 13.04.2025
  • 0

Yunanıstanda dövlət tərəfindən təşkil edilən “Müstəqillik günü” paradında yunan əsgərləri “Kipr Yunanıstandır” qışqırıb, daha sonra Türkiyəni lənətləyiblər.

 

Oxu24.com  xəbər verir  ki,Türkiyə hadisəyə sərt reaksiya verərək rəsmi açıqlama tələb edərkən, Yunanıstan rəsmiləri araşdırma başladıb.

 

İstintaq başa çatdıqdan sonra Türkiyə əleyhinə şüarlar səsləndirən Yunanıstan Hərbi Dəniz Qüvvələrinin üzvlərinin cəzalandırılmasına qərar verilib.

 

 

Türkiyənin reaksiyasından sonra Yunanıstan Silahlı Qüvvələr Komandanlığı hərəkətə keçərək, hadisə ilə bağlı ümumi araşdırma başlatmağa qərar verib. Yunanıstan mətbuatında yer alan xəbərlərə görə, parad zamanı Türkiyə əleyhinə şüarlar səsləndirən Hərbi Dəniz Qüvvələrinin tələbələri haqqında başladılan inzibati istintaq tamamlanıb.

 

 

Hadisəyə görə məsuliyyət daşıyan bəzi səlahiyyətlilərə 20 günlük həbs cəzası verilərkən, hadisədə əli olduğu müəyyən edilən digərlərinə daha yüngül cəza verilməsinə qərar verilib.