Zelenski Qələbə Günü təklifi ilə razılaşmayıb

  • Dünən 16:04
  • 0

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin Qələbə Günü ilə bağlı üç günlük atəşkəs elan edilməsi təklifini qəbul etməyib.

Bax tv “İnterfaks-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Zelenski danışıb. 

Onun sözlərinə görə, Ukrayna minimum 30 gün müddətinə atəşkəs elan edilməsinə təkid edir. 

Xatırladaq ki, aprelin 28-də Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü günlərində 3 günlük atəşkəs elan edib. Bildirilib ki, Rusiya ordusu mayın 7-dən 8-nə keçən gecə Moskva vaxtı ilə 00:00-dan mayın 10-dan 11-nə keçən gecə 00:00-a qədər hərbi əməliyyatları dayandıracaq.