Prezident onu yenidən icraçı direktor təyin etdi

  • Bu gün 14:00
  • 0

Əmanətlərin Sığortalanması Fonduna icraçı direktor təyin edilib.

Bax tv  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə yenidən Tural Qüdrət oğlu Piriyev təyin olunub. 

Qeyd edək ki, “Əmanətlərin sığortalanması haqqında” qanunun 9.1-ci maddəsinə əsasən, Fondun icraçı direktoru və onun müavininin (müavinləri) səlahiyyət müddəti beş ildir və onlar təkrar müddətə təyin edilə bilərlər. 

T.Piriyev 5 il bundan əvvəl isə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru vəzifəsinə təyinat almışdı

Nə düşünürsən?