Göyçay rayonunun Bığır kəndinda daha bir nəfər bədbəxt hadisənin qurbanı olub.
Baxtv xəbər verir ki, 1962-ci il təvəllüdlü kənd sakini Qüdrət Vahidov mayın 8-də ağacdan meyvə yığarkən yıxılıb.
O, dünən yaşadığı evdə ölüb.
Qeyd edək ki, mayın 11-də də Göyçayın Bığır kəndində oxşar hadisə baş vermişdi. Həmin vaxt 1975-ci il təvəllüdlü Müşfiq Şirinov ağacdan alça yığarkən ehtiyatsızlıqdan yıxılaraq ölmüşdü.
Hər iki faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.