Elm və texnologiya sahəsində daha bir inqilabi yenilik təqdim olunub.
32gun.az xəbər verir ki, artıq gözə taxılan ağıllı linza vasitəsilə istifadəçilər tor qişaya birbaşa görüntü ötürə, sağlamlıq göstəricilərini 24 saat ərzində izləyə və hətta SMS-ləri oxuya biləcəklər.
Yeni texnologiyanın əsasını göz qapağına yapışdırılan kiçik “plastır” təşkil edir. İstifadəçi hər göz qırpdıqda bu plastır əyilərək mexaniki hərəkəti elektrik impulsuna çevirir. Yığılan enerji mikrosuperkondensatorda toplanaraq NFC (yaxın maqnit sahəsi) texnologiyası ilə birbaşa linzaya ötürülür.
Linza bu enerjidən istifadə edərək qan təzyiqi və qlükoza səviyyəsi kimi sağlamlıq göstəricilərini real vaxt rejimində ölçə bilir. Bu yenilik, həm də mesajların gözlə oxunmasına imkan yaradaraq, texnologiyanın gündəlik həyatımıza necə inteqrasiya olunduğunu bir daha sübut edir.
Mütəxəssislər bu yeniliyin kiberpank konsepsiyasını reallığa çevirdiyini bildirirlər.
Qeyd: Kiberpank – texnologiyanın yüksək, cəmiyyətin isə xaotik və qeyri-bərabər olduğu futuristik dünyaları təsvir edən elmi-fantastik janrdır
Nilay
l