Çılpaq kişi 9-cu mərtəbədən yıxıldı - kondisionerə görə sağ qaldı

  • Dünən 23:56
  • 0

Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “İlinskiye luqa” yaşayış kompleksində 9-cu mərtəbədən çılpaq halda yıxılan kişi möcüzəvi şəkildə sağ qalıb. Hadisə zamanı onun həyatını 8-ci mərtəbədə yerləşən kondisioner qurğusu xilas edib.

 

Hadisə yerinə gələn qonşular və xilasedicilər yaralı kişini pəncərədən mənzilə daxil etməyə kömək ediblər.

 

32gun.az bildirir ki, TASS agentliyinin operativ xidmətlərə istinadən məlumat verib.

 

İlkin ehtimala əsasən, kişi hadisə zamanı spirtli içkinin təsiri altında olub.

 

Yıxılarkən o, dərisinin bir hissəsini cızıb, bu da kondisioner və pəncərədəki qan izlərindən görünür. Həkimlər ona ilkin tibbi yardım göstərsələr də, o, xəstəxanaya yerləşdirilməkdən imtina edib.

 

Nilay 

Nə düşünürsən?