Dəhşətli anın videosu

  • Dünən 19:32
  • 0

Bakıda ana və övladını maşın vurub.

 

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə sektor müdiri Ömər Xıdırov  bildirib ki, müşahidə kameralarının qeydə aldığı bu cür yol-nəqliyyat hadisələrinin görüntülərini mütəmadi olaraq ictimailəşdirməkdə məqsədimiz yol hərəkəti iştirakçılarını maarifləndirməkdir.

 

Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində baş verən bu qəza da hər bir piyada üçün pis nümunədir. Müşahidələr göstərir ki, piyada qismində olan bəzi valideynlər özləri ilə yanaşı, övladlarının da həyatını təhlükəyə atırlar. Təəssüflər olsun ki, belə olan hallarda da qəzaların, xüsusilə də uşaqların və valideynlərin ölümü, yaxud xəsarətilə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olur.