"Metroda differensial qiymət artımı ola bilər".
Oxu24.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni"nin sədrinin müşaviri Emil Əhmədov bildirib.
O qeyd edib ki, "Bakı Metropoliteni" QSC qiymətlərin artırılması və azaldılması kimi bir səlahiyyətə sahib olmadığı üçün bu gün bu mövzu müzakirə olunmur, amma differensial qiymət artımı ola bilər.