Nepalda baş naziri belə döydülər

  • Dünən 17:24
  • 0

Nepalda siyasi  gərginliyin davam etdiyi barədə  məlumat vermişdik.

 

 

Oxu24.com xarici mediaya istinadən xəbər  verir ki,etirazçılar  dövlət nümayəndələrinə hücum edirlər.

 

 

Nepalın keçmiş baş naziri Şer Bahadur Deuba və onun həyat yoldaşı, xarici işlər naziri Arzu Deuba davam edən Gen Z etirazları zamanı izdihamın hücumuna məruz qalıb və xəstəxanaya aparılıb.

 

 

22 nəfərin ölümünə və 250-dən çox yaralanmasına səbəb olan etirazlarda maliyyə naziri Bişnu Prasad Paudel də etirazçılar tərəfindən döyülüb.

 

Ölkədə  hazırda  gərginlik davam  edir.

 

Nepaldan son görüntüləri  təqdim  edirik:

 

Nigar