Zəlzələ videosu

  • 2 gün öncə 23:07
  • 0

Əfqanıstanda  zəlzələ zamanı yaralanan əfqan qadınlar kömək  olunmadıqları  üçün  dağıntılar altında qalıblar.Buna səbəb isə  Əfqanıstanda  kişiləri   tanımadıqları,yad  qadınlara  əl  vurmalarının  qadağan olunmasıdır.

 

Oxu24.com   xəbər  verir   ki,  bu  barədə  The New York Times  məlumat  yayıb.

 

Məlumata   görə, kişi xilasedicilər zəlzələdən sonra dağılmış binaların dağıntıları altından yalnız kişiləri çıxarıblar.

 

 

Qadınlar başqa qadınların onlara kömək etməsini gözləmək məcburiyyətində qalıblar.

 

 

Bəzi hallarda isə qadınların dərilərinə toxunmamaq üçün paltarlarından dartıb çıxarırdılar. Bundan başqa, kişi həkimlər də yaralı qadınlara kömək etməkdən imtina ediblər.

 

Bildirilir ki, əfqan qadınları qohum olmayan qadınlarla kişilər arasında əlaqə qadağan olunduğu üçün köməksiz qalıblar.

 

Xatırladaq ki, sentyabrın 1-nə keçən gecə Əfqanıstanın şimal-şərqində dağıdıcı zəlzələ baş verib. Rəsmilərin məlumatına görə, 2,2 mindən çox insan ölüb, 4 minə yaxın insan isə yaralanıb.

 

Qeyd  edək ki,Əfqanıstanda  hakimiyyətdə  Talibandır.Onlar  terror  təşkilatı  kimi  tanınır. 

 

Miri