Emin Ağalarov məşhur brendi "Tarqovıy"a gətirdi

  • Dünən 10:52
  • 0

Bakının mərkəzi  meydanı  olan "Tarqovıy" kimi tanınan  Nizami  küçəsində yeni  obyektin inşasına  başlanılıb.

 

 

Oxu24.com saytının əldə etdiyi məlumata görə,"Qara Burger"  restoranı  "Fəvvarələr"meydanı kimi tanınan ərazidə fəaliyyətə başlayacaq.

 

 

Əldə edilən məlumata görə,restoran iş adamı  Emin Ağalarovun dəstəyi ilə fəaliyyət göstərəcək.

 

 

Məlumat üçün qeyd edək ki,iş adamı Emin Ağalarov son illər Azərbaycanda iqtisadiyyatın inkişafına dəstək verən nəhəng layihələri icra edib. 

 

 

Təkcə "Sea Breeze” istirahət mərkəzinə indiyə qədər 3 milyard dollar investisiya qoyulub.

 

 

Layihəyə növbəti 5 ildə 10 milyard dollar sərmayə cəlb olunması planlaşdırılır. 

 

 

“Sea Breeze”də hazırda 20 min sakin yaşayır.  Plana görə, 2028-ci ilə qədər onların sayı 50 mindən çox olacaq.  

 

 

 Layihə tam yekunlaşdırıldıqdan sonra “Sea Breeze”də 500 min sakin yaşayacaq.