Son 10 ilin ən güclü zəlzələlərindən biri Kamçatkada baş verib.
Oxu24.com xəbər verir ki, bu, təkcə regionda deyil, Yaponiya, Alyaska və Havayda da sunami təhlükəsinə səbəb olub.
İlk yeraltı təkanlar yerli vaxtla saat 11:30-da başlayıb. Hadisə şahidlərinin sözlərinə görə, bu zaman mebellər silkələnib, məişət texnikası düşüb, avtomobillərin siqnalizasiyası işə düşüb.15 saylı uşaq bağçasında divarlar uçub.Ekspertlər Kamçatkada zəlzələnin maqnitudasının 8,7 bal olduğunu bildirirlər.
Kamçatkada baş verən zəlzələdən sonra maqnitudası 7,5-ə çatan güclü afterşoklar ən azı bir ay davam edəcək.Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin filialı bildirib.
Zəlzələdən sonra Severo-Kurilsk limanından 300-ə yaxın insan təxliyə edilib.
Sosial şəbəkələrdə zəlzələ anının videosu yayılıb.
Sözügedən kadrları təqdim edirik:
Miri