Ötən gecə Amerika qüvvələri Suriyanın şimalında İdlibə enərək İŞİD liderini saxlayıb.
Oxu24.com xəbər verir ki, Suriya mediasının yazdığına görə, amerikalı hərbçilər İraq bölməsinin dəstəyi ilə Türkiyə sərhədi yaxınlığında yerləşən Atma kəndinə daxil olublar.
Qüvvələr Mustafa Xalidin elektrik stansiyasının yaxınlığındakı evini mühasirəyə alıb və səsgücləndirici vasitəsilə İŞİD-in 2022-ci ildə sələfi məhv edildikdən sonra beşinci lideri olan Əbu Həfs əl-Quraşini təslimolmağa çağırıblar.
Suriya mənbələri İraq vətəndaşı əl-Qurashinin Fransa pasportu olan iki qadınla birlikdə həbs edildiyini bildirir.
Onun əməliyyat zamanı öldüyü barədə məlumatlar var, lakin bu, hələ ki, təsdiqini tapmayıb. Evin yaxınlığında baş verən atışma qısamüddətli olub.
Əbu Həfs əl-Quraşi əcnəbilərin cəlb edilməsi yolu ilə İŞİD sıralarına “yeni qan” cəlb etmək bacarığı ilə tanınırdı, buna onun Suriya sərhədinə yaxınlığı şərait yaradıb.
Şahidlər qeyd edirlər ki, bölgənin mühasirəsində Suriya hökumət qüvvələri də iştirak edib.
Miri