22 il əvvəl Bakıda azyaşlıya qarşı zorakılıq etməklə onu qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Quliyev və Alidə Qadaşovanın cinayət işinin ilk məhkəmə baxışı keçirilib.
Oxu24.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi vəsatətlə çıxış edərək prosesin qapalı keçirilməsini istəyib.
Yerində müşavirə keçirən hakimlər vəsatətin əsassız olduğunu bildirərək onu təmin etməyib.