Sankt-Peterburqda miqrantlar taksi xidmətində fəaliyyət göstərə bilməyəcəklər.
Oxu24.com xəbər verir ki, bu barədə qadağa Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovnu göstərişi ilə qüvvəyə minib və 2025-ci ilin sonuna qədər davam edəcək.
Əcnəbilərlə əmək müqavilələrinin dayandırılması da gözlənilir. Məqsəd taksi fəaliyyətində inkişafa nail olmaq və Rusiya vətəndaşlarının işlə təminatıdır.