Binanın lifti satıldı

  • 07.08.2025
  • 0

Bakının mərkəzində yaşayan  bir  qrup  sakin  şikayət edir.

 

Söhbət Səbail rayonu,Hacı Zeynalabdin Tağıyev küçəsi 16/18 ünvanında yaşayan sakinlərdən gedir. Binada yaşayan sakinlər mənzillərinə rahatlıqla  daxil ola bilmirlər.Binanın pilləkənləri təmir adıyla sökülüb,pilləkənlərin   tutacaqları çıxarıldığı üçün  mənzillərə qalxmaq  təhlükəli  hal  alıb.Həmçinin binanın lifti də sakinlərin əlindən alınıb.

 

Bu barədə Oxu24.com-a  bina sakinləri məlumat verib.

 

 

“Artıq 15 günə yaxındır ki, bu vəziyyətlə üz-üzəyik.Pilləkənlərin dəmir tutacaqları sökülüb.Buradan qalxmaq bizim üçün əzabdır.Yaşlı anam var.Bu pilləkənlə qalxıb,düşə bilmir.Bundan əlavə binanın lifti özəlləşdirilib.Yuxarıda yerləşən bir sahibkarın mənzilinə verilib. Liftdən yalnız onlar istifadə edə bilərlər.Sakinlər çıxılmaz duruma düşüb.JEK-ə də şikayət etmişik.Ancaq  tədbir görülməyib. Biz liftin kartının digər sakinlərə də verilməsini və pilləkənlərin tezliklə təmirinin yekunlaşmasını tələb edirik”,-deyə bina sakini Gülarə Vəliyeva bildirib.