Xəbər verdiyimiz kimi, Aygün Kazımovanın musiqi irqi yenidən doğulacaq. Belə ki, Xalq artistinin estrada aləmində daha bir yeniliyə imza ataraq, fərqli formada albom hazırlayır. Albomda Pop kraliçanın illərdir hit olan mahnıları digər sənət adamlarının ifasında səslənəcək.
Albomda yer alacaq daha bir ifaçının adı bəlli olub. Belə ki, Kazımovanın qızı İlqarə Kazımova da anasının mahnısını oxuyacaq. Bu haqda İlqarə “Gün ortası” verilişində danışıb:
“Aygün Kazımova ilə duet planlaşdırıram. Yalnız onunla duet oxuyacağam. Anamın albomu çıxacaq. Mahnılarını bizim sənətçilərimiz oxuyacaq. Mən də onun bir mahnısını ifa etmişəm. Artıq hazırdır. Çıxanda tamaşaçılar görəcək”.