Binəqədi rayonu "Motodrom" yaşayış massivində tonlarla içməli su küçəyə axır
Ucnoqta.az xəbər verir ki, bununla bağlı görüntüləri şəhər sakini sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki, bir həftədir magistral su kəmərində baş vermiş sızma nəticəsində içməli su yola itkiyə gedir.
Qeyd edək ki, daha əvvəllər də eyni ərazidə su sızması baş vermişdi. Günlərlə su itkiyə getmişdi. Keyfiyyətsiz görülən təmir nəticəsində yenidən hadisə təkrarlanıb.
Sözügedən görüntünü təqdim edirik: