Cüdoçumuz zədələndi - Dünya çempionatını buraxacaq

  • 30.04.2025
  • 0

Cüdo üzrə Azərbaycan milli komandasının üzvü Murad Fətiyev zədələnib.

Bax tv  xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı Monteneqronun paytaxtı Podqoritsada keçirilmiş Avropa çempionatında üçüncü yer uğrunda görüşdə zədə alıb

Cüdoçumuz həmin qarşılaşmadan qalib ayrılaraq bürünc medala sahib çıxıb.

M.Fətiyev zədə səbəbindən iyunun 13-dən 20-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.