Emin Ağalarovun qızı ilə görüntüləri

  • Dünən 15:06
  • 0

Xalq artisti və iş adamı Emin Ağalarov qızı Əminə ilə yeni görüntülərini yayıb. “Yeni Sabah” xəbər verir ki, Ağalarov övladlığa götürdüyü qızı Əminə ilə necə vaxt keçirdiyini “İnstagram” səhifəsində paylaşıb. Müğənni paylaşımına “Amina ilə avtomobil gəzintisi” qeydini yazıb. Qeyd edək ki, Emin Ağalarovun 4 övladı var. 2006-2015-ci illərdə Azərbaycan prezidentinin qızı Leyla Əliyeva ilə evli olub. Evlilikdə cütlüyün iki oğlu var. Əkizlər Əli və Mikayıl 2008-ci ildə anadan olublar. 2015-ci ildə Leyla Əliyeva Əminə adlı bir qızı övladlığa götürüb. Həyat yoldaşından boşansa da, Emin Ağalarov Əminəyə ata olub. Sənətçi tez-tez övladlığa götürdüyü qızı ilə vaxt keçirir və onunla görüntülərini sosial şəbəkələrdə paylaşır. Əsmətxanım Rzazadə

Nə düşünürsən?