Bir neçə ay öncə “Səni Axtarıram” verilişində Gürcüstan vətəndaşı, əslən azərbaycanlı olan Pərvanə Fərman qızı Məhərrəməova ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi ictimai rezonansa səbəb olmuşdu. Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı efirdə onun səhhətinin qısa müddət sonra pisləşəcəyini, qarnına və ayaqlarına su yığılacağını və artıq son mərhələdə olduğunu bəyan etmişdi. Bu açıqlama ilə bağlı mən, hüquq müdafiəçisi Samir Zeynalov, dərhal məsələni ictimailəşdirdim və bu işin hüquqi, tibbi və etik tərəflərinə diqqət çəkdim. Həm YouTube kanallarında, həm sosial şəbəkələrdə, eləcə də platformalarda bu dezinformasiyanın təhlükəli nəticələrindən bəhs etdim. Bu gün isə artıq reallıq tam başqadır: Pərvanə yaşayır, sağlamdır, işləyir və xoşbəxtdir.