Həbsxana vuruldu

  • Bu gün 15:00
  • 0

İsrail müharibənin 11-ci günündə İranın paytaxtı Tehrana misli görünməmiş hücum həyata keçirib.

 

Oxu24.com  xəbər  verir   ki, bir çox bölgəni raketlərlə vuran İsrail ordusu ən kritik hədəf olaraq siyasi məhbusların saxlanıldığı Evin həbsxanasını hədəf alıb.

 

İsrailin həbsxana qapısını raketlərlə dağıtmasından sonra çoxlu məhbusun qaçdığı iddia edilir.

 

 

İyunun 13-də İsrail hərbçilərin yüksək komandanlığını, xüsusilə də İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini hədəf alan irimiqyaslı hücumlar həyata keçirib. Hücumlarda İranda Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olub.

 

İran Səhiyyə Nazirliyi iyunun 21-də verdiyi açıqlamada İsrailin hücumlarında mülki vətəndaşların ümumi itkilərinin 430, yaralıların sayının isə 3500-dən çox olduğunu bildirib. İsrail Baş Nazirlik İdarəsi İran ordusunun həyata keçirdiyi repressiyalarda 24 nəfərin öldüyünü, 1272 nəfərin yaralandığını bildirib. 

 

Miri