Ermənistanda “Azərbaycan” qeydi ilə pasportlar verilir

  • 09.04.2025
  • 0

Ermənistanda Qarabağdan olan ermənilərə “Doğum yeri” qrafasında “Azərbaycan” qeydi ilə yeni pasportlar verilməyə başlanıb.

Ermənistan Daxili İşlər Nazirliyi (DİN) bu addımı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına uyğunlaşdırma ilə izah edib. Nazirlikdən bildirilib ki, sənədlərin hazırlanmasında rəsmi olaraq tanınmış coğrafi adlardan istifadə olunur.

Ermənistan DİN-i həmçinin qeyd edib ki, beynəlxalq standartlara uyğun gəlməyən sənədlər sərhədlərin keçilməsində problemlər yarada bilər.

Nə düşünürsən?