Dəqiqləşdi: ABŞ və Rusiya İstanbulda görüşəcəklər

  • 09.04.2025
  • 0

ABŞ Dövlət Departamenti aprelin 10-da İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələrin keçiriləcəyini təsdiqləyib. Görüşün əsas mövzusu diplomatik nümayəndəliklərin fəaliyyəti olacaq, lakin Ukrayna ilə bağlı məsələlər müzakirə edilməyəcək. Rusiyanı Xarici İşlər Nazirliyinin nümayəndə heyəti təmsil edəcək. Bu barədə Dmitri Peskov məlumat verib.

Daha əvvəl Sergey Lavrov fevralda İstanbulda keçirilmiş görüşə bənzər yeni bir ekspert toplantısının hazırlandığını, ABŞ-ın Moskvanın təkliflərini nəzərdən keçirdiyini bildirmişdi. O, uğurlu danışıqlalar üçün konkret qərarların zəruriliyini vurğulayıb. Peskov isə hazırkı şəraitdə strateji silahlar üzrə yeni müqavilə danışıqlarının başlanmasının çətin olduğunu, bunun ikitərəfli etimad və siyasi iradə tələb etdiyini qeyd edib.

Nə düşünürsən?