Yutubda yayımlanmayacaq

  • 19.04.2025
  • 0

Türkiyənin məşhur aktyorları - Çağatay Ulusoy və Demet Özdemirin baş rolları oynadıqları “Eşref Rüya” serialını yutub üzərindən izləmək mümkün olmayacaq. 

Bax tv Türkiyə mətbuatına istinadən xəbər verir ki, serial 5-ci bölümündən etibarən yutubda yayımlanmayacaq. 

Qısa müddətdə böyük izləyici kütləsi toplayan ekran işi təkcə ilk üç bölümü ilə yutubda 53 milyon izlənilib. 

4-cü bölümü ilə sonuncu dəfə yutubda yayımlanacaq serialın tamaşaçıları növbəti bölümü artıq sadəcə televiziya ekranlarından izləyə biləcəklər. Belə ki, “Eşref Rüya” hər çərşənbə axşamı “Kanal D” ekranlarında yayımlanır. 

 

 

Nə düşünürsən?