Müğənni Natavan Həbibi keçmiş həyat yoldaşı Dado (Səid Quliyev) və oğlu Zeydlə görüntülərini paylaşıb.
, videoda onların birlikdə alış-verişə yollandığı əks olunub.
Marketdən bazarlıq edən Natavan və Dadonun səmimi görüntüsü diqqət çəkib. Natavan daha sonra avtomobildən videolarını yayımlayıb.
Sözügedən görüntülər cütlüyün yenidən barışması iddialarını ortaya atıb. Bundan əvvəl Natavan Dadonun ailəsi ilə də görüntülər yayımlamışdı.
Qeyd edək ki, Natavan və Dado ailə qurduqdan bir neçə ay sonra ayrılıb. Onlar bu illər ərzində dəfələrlə küsüb və barışıb. Natavan açıqlamalarından birində hələ də rəsmi boşanmadıqlarını demişdi.