“Çukur”un filmi çəkilir

  • Bu gün 14:17
  • 0

Türkiyənin məşhur “Çukur” serialının filmi çəkiləcək.

Bax tv  xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Ay Yapım” tərəfindən ərsəyə gətirilən ekran işi ilə bağlı “Prime Video” platforması ilə razılaşma əldə edilib.

Filmin bu yay çəkilişlərinə başlanılması planlaşdırılır. Lakin aktyor heyəti ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, “Çukur” serialı 131 bölüm çəkilib. Serialın baş rollarında Aras Bulut İynemli, Dilan Deniz Çiçek, sonrakı mövsümlərdə isə Damla Sönmez, Hazal Subaşı yer alıb.

 

 


Nə düşünürsən?