Kriştianu Ronaldunun oğlu 15 yaşadək futbolçulardan ibarət Portuqaliya milli komandasında debüt edib.
Offsideplus.az xəbər verir ki, 14 yaşlı Kriştianu Junior Vlatko Markoviç beynəlxalq turnirində Yaponiya yığmasına qarşı oyunun 53-cü dəqiqəsində meydana daxil olub. Qarşılaşma portuqalların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.