“Real” Ançelottinin gedişini açıqladı

  • 23.05.2025
  • 0

“Real” baş məşqçisi Karlo Ançelotti ilə yollarını ayırıb.

Bax tv xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 2026-cı ilin iyununa qədər olan müqaviləni qarşılıqlı razılıq əsasında ləğv ediblər.

İtaliyalı mütəxəssisin yaxın günlərdə Braziliya millisinin baş məşqçisi təyin olunacağı gözlənilir. Ançelottini isə bu vəzifədə “Bayer”dən ayrılan Xabi Alonso əvəzləyəcək.