“Qarabağ” rəsmiləri Ali Koçla görüşdü

  • 18.06.2025
  • 0

Bakıda səfərdə olan “Fənərbaxça”nın prezidenti Ali Koç “Qarabağ”ın Baş direktoru Emrah Çelikel və İdarə Heyətinin üzvü Asif Əsgərovla görüşüb.

BAX TV xəbər verir ki, görüş zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə klublar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub. 

Rəsmilər qarşıdan gələn futbol mövsümündə biri-birilərinə  uğurlar arzulayıblar. 

Görüşün sonunda Ali Koça klubumuzun forması və xatirə hədiyyəsi təqdim olunub, xatirə fotosu çəkilib.

 

 

Nə düşünürsən?