“Qarabağ”ın qapıçısı Polşa millisinin heyətindən çıxarıldı

  • 10.06.2025
  • 0

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa milli komandasının heyətindən kənarlaşdırılıb.

Bax tv  xəbər verir ki, baş məşqçi Mixail Probej 24 yaşlı qolkiperi DÇ-2026-nın Finlandiya ilə matçının heyətinə daxil etməyib. Bu barədə Polşa mətbuatı məlumat yayıb.

Azərbaycan çempionunun qolkiperi 23 nəfərlik heyətdən kənarda qalıb.

Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ilin yayından “Qarabağ”da çıxış edir.

Nə düşünürsən?