“Liverpul” mövsümün sonunda müqaviləsi başa çatan kapitan Vircil van Deyki komandada saxlamağı bacarıb.
Bax tv xəbər verir ki, Premyer Liqanın lideri niderlandlı mərkəz müdafiəçisinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı futbolçu 2026/2027 mövsümünün sonuna kimi "qırmızılar"ın formasını geyinəcək.
Qeyd edək ki, “Liverpul” Vircil van Deyki 2018-ci ilin yanvar ayında “Sauthempton”dan transfer edib. Təcrübəli oyunçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 44 rəsmi görüşdə 4 qol vurub, 1 assist edib.