İngilis azarkeşlər Madriddə dinc durmadılar: polislə qarşıdurma

  • 01.06.2019
  • 0

UEFA Çempionlar Liqasının finalı ərəfəsində Madriddə İngiltərənin "Tottenhem” klubunun azarkeşləri ilə ispan polislər arasında qarşıdurma yaşanıb.

TASS xəbər verir ki, hadisə Puerta-del-Sol meydanının yaxınlığında, barlardan birindəbaş verib.

Müştərilər polisə şikayət edərək bildiriblər ki, "Tottenhem” fanatları özlərini aqressiv aparır və "Liverpul” azarkeşlərinin ünvanına söyüşlər yağdırırlar. Polisin də ingilislərə qarşı sərt davrandığıbildirilir.