Goranboy sakini: "Pambıq toxumları çürüyüb, aidiyyəti qurumlar susur"
Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini Musayev Eldar Cabbar oğlu müraciət edərək ailəsinə məxsus pay torpaq sahəsində qarşılaşdığı ciddi aqrar problemi ictimailəşdirməyimizi xahiş edib.
Şikayətçi müraciətində bildirir:
“Ailəmizə məxsus pay torpaq sahəsində (2,70 ha) Azərpambıq ASC-nin Goranboy PİTM-si ilə müqavilə əsasında pambıq bitkisi əkmişdik. Bu ilin mart ayının axırlarında Məntəqədə toxum olmadığından mən və bir neçə nəfər Gəncə pambıq seleksiya institutundan Gəncə 160 elit 784 kq toxum almışıq. Mən aprelin 3-ündə Məntəqəyə gedib ərizə ilə müraciət edərək xahiş etmişdim ki, mənim torpaq sahə qonşum arpa bitkisini suvarmaq istəyir. Bizim sahəyə su düşməmək üçün aprelin 10-na kimi pambıq səpinini başa çatdırsınlar. Və həmin gün, yəni aprelin 3-ündə Məntəqə direktoruna zəng edərək müraciətimi bildirdim.
Səpin işini yubatdılar may ayının əvvəllərinə. Suvarma işləri may ayının ikinci ongünlüyündə başa çatdı. Pambıq bitkisi yaxşı bitiş vermədi. Səbəbini müəyyənləşdirmək məqsədi ilə 3 dəfə Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinə, Goranboy rayon İcra Hakimiyyəti Başçısının adına ərizə ilə və Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə müraciət etmişəm.
3 dəfə müşahidə aparıblar. Sonuncu müşahidədə mütəxəssis sahədə normaya uyğun səpin dərinliyində toxum tapmadı. Bu ayın 14-də mən özüm sahədə toxum axtarışını davam etdirirkən 14 və daha çox dərinlikdə, 40-50 santimetr yerdə 8-9 çürümüş pambıq toxumlarını aşkarladım. Və həmin yerin qısa video çəkilişini, çürümüş toxumların şəklini DAİM-in direktoruna və rayon icra hakimiyyəti başçısının aqrar sahə üzrə müavininə göndərmişəm. Hələlik heç bir tədbir görülməyib.”
Musayev Eldar Cabbar oğlu saytımız vasitəsilə aidiyyəti qurumlardan məsələ ilə bağlı tədbir görülməsini xahiş edir.